“Real” rəqibini darmadağın etdi

11:00 | 21.09.2014
“Real” rəqibini darmadağın etdi

“Real” rəqibini darmadağın etdi

İspaniya La Liqasında 4-cü turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, turun ilk günü bir qaşılaşma keçirilsə də, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

İlk oyun gününün ilk görüşündə “Eybar” “Elçe”nin qonağı olmuş və meydan sahiblərinə aman verməmişdi – 0:2.

Ötən gün isə bir sıra maraqlı görüşlər keçirilib. Paytaxtın “Real” klubu səfərdə “Deportivo”nu darmadağın edib - 8:2. 

Son çempion "Atletiko" (Madrid) klubu ilə "Selta Viqo" və “Espanyol” ilə “Malaqa” oyunlarında isə eyni nəticə qeydə alınıb – 2:2.

Qeyd edək ki, La Liqanın 4-cü turuna sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb