Rəsm əsərlərində rənglərin oyunu - FOTOLAR

14:36 | 28.04.2014
Rəsm əsərlərində rənglərin oyunu - FOTOLAR

Rəsm əsərlərində rənglərin oyunu - FOTOLAR

Rüstəm QasımovBu yaxınlarda "Yeni Gallery" Bakı İncəsənət Mərkəzində istedadlı rəssam Rəfael Əliyevin şəxsi sərgisi keçirildi. Bu sərgidə iştirak edən bütün qonaqlar rəssamın öz rəsmlərində istifadə etdiyi rənglərin zənginliyinə və parlaqlığına təəccüb qalmışdılar.Tədbirin açılışında Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli, Azərbaycanın xalq rəssamı Arif Hüseynov və rəssam Eldəniz Babayev çıxış etdilər, onlar gənc rəssamın istedadlı olduğunu vurğuladılar və ona sonrakı sərgilərdə müvəffəqiyyətlər dilədilər.Sərgidə cəmi 15 əl işi təqdim edilmişdir. Diqqətimi "Balıqlar", "Balaban və Zurna", "Azad atlar", "Qaralmış ulduz", "Bilyard şarlarının səsi", "Apokalipsis", "Nardan doğulmuş musiqi", "Sevgini dərk etmiş insan", "Solmayan güllər" cəlb etdi. Amma həm məndə, həm də toplaşmış qonaqların əksəriyyətində "Abşeron narı" heykəli xüsusi maraq doğurdu, sərginin demək olar ki hər ziyarətçisi bu heykəllə şəkil çəkdirirdi. Heykəl sanki canlı idi.Əliyevin işlərini çox parlaq adlandırmaq olardı. Elə təəssürat yaranır ki, onun təsvir etdiyi meyvələr və ya güllər qalın kətan üzərində yox, adamın qarşısındadır. Nar təsvirli şəkillər xüsusi diqqətə layiqdir. Müəllif Azərbaycanın simvolu hesab edilən bu meyvənin bütün gözəlliyini belə dəqiq çatdırır, bu da tamaşaçıya təsir edir və gözünü şəkildən çəkmədən yüngül gərginlikdə saxlayır.Qeyd etməyə dəyər ki, rəssamın əl işləri onun iç dünyasının, həyəcanlarının, əhval-ruhiyyəsinin və emosiyasının zənginliyini əks etdirməklə yanaşı, həm də onun ətrafında cərəyan edən əhəmiyyətli hadisələri də göstərir. Bütovlükdə, ekspozisiyanı çox uğurlu adlandırmaq mümkündür, bu da gələn qonaqların entuziazmından və marağından görünürdü. Onlar bir rəsmə baxıb, digərin keçirdilər.ANN.Az paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və sizə istedadlı Azərbaycan rəssamı Rəfael Əliyevin əl işlərini təqdim edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM