Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edərək
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
"Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq
Qarabağbölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir
deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk
Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə
zərbədir. Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin
münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan
ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir.
Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin
gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun
həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi
ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş
ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə
Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir.
Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv
danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin
təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan
rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam
etdirməkdə maraqlı olduğu bəlli olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !