Rəsulzadənin yubileyinin keçirilməsi üçün hansı işlər görülür?

10:49 | 06.12.2013
Rəsulzadənin yubileyinin keçirilməsi üçün hansı işlər görülür?

Rəsulzadənin yubileyinin keçirilməsi üçün hansı işlər görülür?

Nazirlər Kabinetinin sözçüsü bu barədə məlumatsızdı.Məlum olduğu kimi, prezident Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalayıb. 2014-cü il yanvarın 31-də Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Prezident bu münasibətlə tədbirlər planı hazırlanması haqda sərəncam verib. Sərəncamda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirilsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.Artıq yanvar ayına o qədər çox vaxt qalmayıb. Prinsip etibarı ilə Nazirlər Kabineti artıq hazırlıq işlərinə başlamalı, sözügedən qurumlarla birgə sərəncamın icrasına yönəlik addımlar atmalıdır. Bəs nədən ibarət olacaq bu tədbirlər? Rəsulzadənin yubileyi hansı formada keçiriləcək? Tədbirlərə kimlər dəvət olunacaq?Bu suallara cavab almaq mümkün olmadı. Çünki Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli “Yeni Müsavat”a hazırlıq işlərindən xəbərsiz olduğunu bildirdi. A.Əli mətbuat xidməti şöbəsində hər hansı məlumat olmadığını qeyd etdi. O, hazırlıqla bağlı məlumat öyrənib əlaqə saxlayacağını dedi. Rəsulzadə ilə bağlı indiyə qədər dövlət səviyyəsində tədbir keçirilməyib. Müxalifət partiyaları isə hər il onun doğum gününü Novxanıdakı abidəsi önünə toplaşaraq yad edirlər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM