Roberto Karlos Azərbaycan millisində?

11:22 | 24.10.2014
Roberto Karlos Azərbaycan millisində?

Roberto Karlos Azərbaycan millisində?

Türkiyə mətbuatında Azərbaycan futbolu ilə bağlı maraqlı iddia ortaya atılıb.ANS PRESS-in məlumatına görə, iddia olunur ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası alman mütəxəsis Berti Foqtsun yerinə tanınmış futbol adamına təklif göndərib.Belə ki, AFFA millinin baş məşqçi postu üçün tanınmış mütəxəssis Roberto Karlosa təklif aparıb. Federasiya səlahiyyətliləri Roberto Karlos ilə bir görüş keçirib. Braziliyalının Türkiyədə yaşaması, Rusiyadakı futbolu bilməsi və bölgə insanını tanıması səbəbiylə Azərbaycanın siyahısında ilk sırada yer alır. İddiaya görə, Roberto Karlosa 5 milyon dollar təklif edilib. Karlos isə Azərbaycan millisinin hazırki vəziyyətin yaxşı olmaması səbəbiylə bu təklifi rədd edib. Braziliyalının bu qərarı uğursuzluq ehtimalından çəkindiyi üçün verdiyi bildirilir.Qeyd edək ki, Roberto Karlos hazırda Türkiyənin "Sivasspor" komandasını çalışdırır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb