Rok festivalında tamaşaçıları ildırım vurdu

11:44 | 04.06.2016
Rok festivalında tamaşaçıları ildırım vurdu

Rok festivalında tamaşaçıları ildırım vurdu

Almaniyanın Reynland-Pfalts federal torpağının Mendiq şəhərində açıq havada keçirilən "Rock am Ring" rok festivalı zamanı ən azı 42 nəfər ildırım vurması nəticəsində xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən "Welt" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 8 nəfər ciddi xəsarət alıb. Onlardan biri əməliyyat olunub. Hadisə yerinə polis, yanğın xidməti və "təcili yardım" əməkdaşları cəlb olunub.

Hava şəraitinin pis olması səbəbindən konsert 1 saat yarım dayandırılıb. Qərar təşkilatçılar tərəfindən qəbul olunub.

İyunun 3-5-də keçirilən festivala gələnlərin sayının təqribən 90 min nəfər olduğu bildirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb