Ronalda ən yaxşı oldu

22:22 | 28.10.2014
Ronalda ən yaxşı oldu

Ronalda ən yaxşı oldu

"Real Madrid" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatında ötən mövsümün "ən yaxşı hücumçu"su seçilib.ANS PRESS-in məlumatına görə, portuqaliyalı ulduz həmçinin, "ən yaxşı qolun müəllifi" nominasiyasında da qalib gəlib.Çempionatın "ən yaxşı qapıçı"sı isə bu il "Levante"dən "Real"a transfer olan Keylor Navas olub. Serxio Ramos "ən yaxşı müdafiəçi", Luka Modriç isə "ən yaxşı yarımmüdafiəçi" seçilib. "Barselona"nın ispan yarımmüdafiəçisi Andres İnesta isə mövsümün "ən yaxşı hücüm edən yarımmüdafiəçi"si adına layiq görülüb. Rafinya isə "mövsümün sıçrayışı" mükafatınını qazanıb."Ən yaxşı afrikalı futbolçu" naminasiyasında "Qranada"nın Əlcəzirdən olan yarımmüdafiəçisi Yasin Braximi qalib olub. "Sevilyanın" kolumbiyalı hücumçusu Karlos Bakka isə "ən yaxşı Cənubi Amerika futbolçusu" adına layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb