Rosell: "Xavi "Barselona"nın memarıdır"

21:28 | 10.01.2014
Rosell: "Xavi "Barselona"nın memarıdır"

Rosell: "Xavi "Barselona"nın memarıdır"

"Barselona" klubunun prezidenti Sandro Rosell futbolçusu Xavi Hernandez haqda müsbət fikirlər səsləndirib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, yarımmüdafiəçinin Kataloniya klubunda ən önəmli futbolçu olduğunu deyib: "Xavi sadəcə "Barselona" əfsanəsi deyil, həm də bu komandanın memarıdır. Xavi olmasaydı, "Barselona" bu gün yüksək yerlərdə olmazdı. Komandanın hazırkı oyun taktikasının ən önəmli futbolçularından biri Xavidir. O, bizim klubda olduğu üçün çox şanslıyıq".Rosel Xavini nəinki Kataloniya klubunun, o cümlədən, İspaniya futbol tarixinin ən yaxşı oyunçusu hesab edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM