Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

11:54 | 29.06.2017
Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

Məhdudiyyət bir aydan bir qədər çox davam edəcək.

Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.

Məlumata görə, bütün digər konsulluq xidmətləri üçün (vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlar) vətəndaşlar Rumıniyanın Gürcüstandakı səfirliyinə və ya bu ölkənin İstanbuldakı baş konsulluğuna müraciət etməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM