Ruminya Prezidenti Azərbaycana gəlib - GÖZLƏNTİLƏR

17:27 | 02.02.2023
Ruminya Prezidenti Azərbaycana gəlib - GÖZLƏNTİLƏR

Ruminya Prezidenti Azərbaycana gəlib - GÖZLƏNTİLƏR

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Onun Azərbaycan prezidenti ilə görüşü gözlənilir. 
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov hesab edir ki, Azərbaycanla Rumuniya arasında Azərbaycanın Enerji məhsulullarının Avropaya ixracı sahəsində önəmli yeniliklərə səbəb olacaq layihələr üçün razılıq əldə oluna bilər.
 
"Bu günə qədər Azərbaycanla Rumuniya arasında qarşılıqlı əməkdaşlıq ticarət, iqtisad, bir çox  qarşılıqlı sənədlər və bəyannamələr imzalanıb.  Azərbaycan prezidentinin Rumuniyaya bir neçə dəfə tarixi səfərləri olub və bu səfərlərdə vacib razılaşmalar əldə olunub. Rumuniya Prezidentinin səfəri  Azərbaycanın Enerji məhsulullarının Avropaya ixracı sahəsində önəmli yeniliklərə səbəb olacaq layihələr üçün razılıq əldə oluna bilər. Eyni zamanda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısı keçirilir və Rumuniya prezidentinin səfəri də elə məhz buna təsadüf edir. Düşünürəm ki, səfər zamanı Azərbaycanın enerji məsələləri müzakirə olunacaq",- Tural Ismayılov bildirib.
 
Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer alıb və bu günə qədər iki ölkə arasında 61 sənəd imzalanıb. 
 
1998-ci il noyabrında Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci il mayında isə Azərbaycanın Rumıniyada səfirliyi fəaliyyətə başlayıb. 
 
2000-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Ruminiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu öz işinə başlayıb. İşçi qrupunun ilk rəhbəri Şaitdin Əliyev olub.Hazırda Parlamentdə bu işçi qrupunun rəhbəri Azay Quliyevdir.   
 

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb