Runi: "Azarkeşlərə daha çox ehtiyacımız var"

09:10 | 10.01.2014
Runi: "Azarkeşlərə daha çox ehtiyacımız var"

Runi: "Azarkeşlərə daha çox ehtiyacımız var"

"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi komandanın azarkeşlərindən dəstək istəyib.Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan ingilis futbolçu bu mövsüm uğursuz çıxış ilə diqqət çəkən komandasının azarkeşlərə daha çox ehtiyacının olduğunu bildirib:"Hazırda komandam heç də yaxşı günlərini yaşamır. Bu baxımdan azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onlar hər zaman bizi yüksək səviyyədə dəstəkləyiblər. Ancaq indi onların dəstəyinə daha çox ehtiyacımız var. İstəyirəm ki, onlar sonadək bizim yanımızda olsunlar. O zaman biz daha güclü olacağıq. İnanıram ki, "Mançester Yunayted" tezliklə öz oyununu bərpa edəcək, sadəcə bir qədər səbr etmək lazımdır".Qeyd edək ki, "Mançester Yunayted" klubu Premyer Liqada 20 turdan sonra 34 xalla 7-ci pillədə qərarlaşıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM