Rusiya Ermənistanda növbəti təlimlər keçirib

14:51 | 30.03.2023
Rusiya  Ermənistanda növbəti təlimlər keçirib

Rusiya Ermənistanda növbəti təlimlər keçirib

Rusiya Ermənistanın Alaqyaz yüksək dağ poliqonunda  növbəti təlimlər keçirib. Bu barədə Ermənistan mətbuatı yazıb.
 
Ermənistandakı Cənub Hərbi Dairəsinin (CMD) hərbi bazasının motoatıcı bölmələrinin şəxsi heyəti planlı təlim çərçivəsində zirehli texnikasını imitasiya edən hədəfləri RPQ-7V tipli tank əleyhinə qumbara ilə atəşə tutub. Təlim zamanı hərbçilər 250-300 metr məsafədə yerləşən tankları imitasiya edərək hədəfləri vurublar.
 
Atış və nişan alma qurğularından istifadə olunaraq gecə və gündüz həyata keçirilib. Təlimatçıların və bölük komandirlərinin əsas diqqəti müxtəlif hava şəraitində nişan alma vərdişlərinin təkmilləşdirilməsinə və atəşlərdən sonra mövqelərin dəyişdirilməsinə verilir.Təlim uçuşlarında 130-dan çox hərbçi, 20 hərbi və xüsusi texnika, o cümlədən MiQ-29 iştirak edib.
 
Zinyət

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM