Rusiya azərbaycanlıları Qarabağ hadisələrlə bağlı bəyanat yaydı

11:50 | 04.04.2016
Rusiya azərbaycanlıları Qarabağ hadisələrlə bağlı bəyanat yaydı

Rusiya azərbaycanlıları Qarabağ hadisələrlə bağlı bəyanat yaydı

Ümumrusiya Azərbaycan Konqresi Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı bəyanat yayıb.  Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi  təxribatlarla bağlı narahatlıq keçirir. 

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti akademik Məmməd Əliyevin adından yayılan bəyanatda vurğulaınıb:

 "Münaqişənin həllindən ötrü üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb”.

Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. 
"Bu situasiya uzun müddət davam edə bilməz. Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək.  Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır”- deyə bəyanatda bildirilir.

Ümumrusiya Azərbaycan Konqresi  hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb