Rusiya hərbi gəmiləri Bakıya doğru istiqamət aldı

12:02 | 01.09.2017
Rusiya hərbi gəmiləri Bakıya doğru istiqamət aldı

Rusiya hərbi gəmiləri Bakıya doğru istiqamət aldı

Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri Xəzər dənizində yürüş keçirəcək.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsi mətbuat  xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.
O bildirib ki, yürüş zamanı, Xəzər ölkələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə, gəmilər iki ölkənin, o cümlədən Azərbaycanın dəniz limanına daxil olacaq.

Məlumatda o da qeyd olunur ki, "Velikiy Ustyuq” kiçik raket gəmisi və digər gəmilər artıq açıq dənizə çıxıb.

V.Astafyev qeyd edib ki, 25 gün ərzində gəmilər Xəzər dənizində Rusiya donanmasının hərbi fəaliyyətini təmin etməlidirlər.

Yürüş ərzində gəmilər dəstəsi 2000 mildən çox məsafə qət edəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM