Rusiya S-300 sistemini İrana göndərib

12:12 | 05.12.2016
Rusiya S-300 sistemini İrana göndərib

Rusiya S-300 sistemini İrana göndərib

Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb.
 
Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.

Onun sözlərinə görə, ləngiməyə baxmayaraq sistem artıq İrana təhvil verilib və hazırda mütəxəssislər onun texnoloji aspektlərini tədqiq edir.

Nəqavi-Hüseyni qeyd edib ki, müqavilənin icrasında ləngimələr müşahidə olunsa da, Tehran və Moskva arasında münasibətlər yüksək səviyyədədir və bu amilin mənfi təsiri qeydə alınmayacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM