​Rusiya sabahdan qoşunların Suriyadan çıxarılmasına başlayacaq

00:58 | 15.03.2016
​Rusiya sabahdan qoşunların Suriyadan çıxarılmasına başlayacaq

​Rusiya sabahdan qoşunların Suriyadan çıxarılmasına başlayacaq

Prezident Vladimir Putin bu barədə göstəriş verib

Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədləri yerinə yetirdiyinə görə, müdafiə naziri Sergey Şoyquya martın 15-dən etibarən Rusiya hərbi birləşmələrinin Suriyadan çıxarılmasına başlanılması barədə göstəriş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Rusiyanın müdafiə və xarici işlər nazirləri ilə görüşü zamanı bildirib.

"Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə bütünlüklə yerinə yetirilib. Ona görə müdafiə nazirinə sabahdan bizim hərbi birləşmələrimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasına başlaması barədə göstəriş verirəm", - deyə o bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb