Rusiya Türkiyə mandarinlərini məhv elədi

13:24 | 11.01.2016
Rusiya Türkiyə mandarinlərini məhv elədi

Rusiya Türkiyə mandarinlərini məhv elədi

Rusiyanın Stavropol vilayətində Türkiyədən gətirilən 220 kilo mandarin məhv edilib.  

Xəbəri Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti yayıb.

Türkiyə mandarinlərini xidmətin əməkdaşları Jeleznovodsk şəhərində mağazaların  birində tapıb. Mandarinlərin Rusiya ərazisinə gətirilməsi qadağan olunduğundan  220 kiloqram məhsul məhv edilib. 

Keçən ilin noyabrın 24-də Türkiyə hava sərhədini pozduğu üçün Rusiyanın SU 24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib. 

Yanvarın 1-dən isə Türkiyədən Rusiyaya ərzaq məhsullarnın gətirilmsinə qadağa qoyulub.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM