Rusiya və ABŞ kosmosda döyüşəcək - ŞOK İDDİA

19:01 | 24.11.2014
Rusiya və ABŞ kosmosda döyüşəcək - ŞOK İDDİA

Rusiya və ABŞ kosmosda döyüşəcək - ŞOK İDDİA

ABŞ-lı jurnalist Met Gurney ABŞ və Rusiya arasında peyk döyüşləri yaşana biləcəyini iddia edib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, texnologiyanın sürətlə inkişafı və bu texnologiyanın insanları asılı hala gətirməsi mövzusundakı müzakirələr gündəmdə olduğu bir vaxtda Amerikalı bir jurnalistin ortaya atdığı iddia bu müzakirələri yenidən alovlandırıb.Met Gurney "Rusiya öz peykini Amerika peyki ilə toqquşduraraq və ya kosmos çöpünü ABŞ peyki üzərinə istiqamətləndirərək bütün ölkəni mobil əlaqə və internetdən məhrum edəcək" deyə iddia edib.O, Qərbin həm iqtisadiyyatı, həm də hərbi sahələrinin peyk ilə əlaqəli olmasını ABŞ üçün böyük bir təhdid olaraq şərh edib:  "Moskva belə bir kosmos hücumu təşkil edə biləcəyini göstərmək üçün müxtəlif addımlar ata bilər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb