Rusiya və İrandan ABŞ-a Zərbə

12:23 | 10.09.2014
Rusiya və İrandan ABŞ-a Zərbə

Rusiya və İrandan ABŞ-a Zərbə

Tehranda təşkil olunan İran və Rusiya arasında İqtisadi Əməkdaşlıq Komitəsinin11-ci toplantısında iki ölkə arasında bir sıra önəmli razılaşmalar əldə olunub. 

ANN.Az-ın verdiyi xəbərə görə, İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb ki, toplantıda enerji, ticarət, bank sektoru, sənaye, sığorta və başqa bir çox sahələri əhatə edən müzakirələr aparılıb.

 İranın Neft naziri Bicer Namdan Zangene toplantıdan sonra keçirilən mətbuat konfransında iki ölkə arasındakı iqtisadi və strateji əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. O, iki ölkə arasında mövcud olan 5 milyardlıq ticarət həcminin yetərli olmadığını, bunun on qat artırmaq üçün real imkanların olduğunu vurğulayıb. 

Zangene imzalanan müqavilələrin hər iki ölkənin iqtisadiyyatında böyük sıçrayışa səbəb olacağını bildirib. Nazir həmçinin bəyan edib ki, Rusiya və İran ticarətdə dollar əvəzinə, riyal və rublu dövriyyəyə buraxmağı planlaşdırdırır. 

Rusiya İrana enerji naziri Aleksandr Novakın başçılığı ilə böyük bir heyətlə, 40 şirkətin təmsilçisiylə birlikdə gedib. Novak açıqlamasında bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ölkəsinin İranla planlaşdırdığı ticarət həcmini genişləndirmək təşəbbüsünə ziyan vura bilməyəcək. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb