Moskva Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını alqışlayardı.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar xarakterli tədbirlər keçirməsini yalnız alqışlayardıq. Fikrimizcə, belə təşəbbüslər barış, qarşılıqlı inam mühitinin formalaşmasına yardım edir, həm Azərbaycan, həm erməni xalqlarına, bütövlükdə Cənubi Qafqaz regionu və Rusiya Federasiyası üçün də faydalıdır”, -deyə M.Zaxarova bəyan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !