Rusiyada azərbaycanlı axtarılır

10:21 | 20.10.2015
Rusiyada azərbaycanlı axtarılır

Rusiyada azərbaycanlı axtarılır

Bloqoveşensk polisləri 54 yaşlı Orucov Əmir Hüseyn oğlunun axtarışında yardım istəyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə АСН24 DİN-in ictimaiyyətlə əlaqələr üzrə şəhər şöbəsinin mütəxəssisi Anastasiya Tomskayaya istinadən məlumat yayıb.

Tomskaya bildirib ki, azərbaycanlı qohumları ilə əlaqəni keçən ildən itirib.

Onun sözlərinə görə, Orucova görünüşcə 52 yaş vermək olar, orta bədən quruluşuna malikdir, boyu 175 sm, boz gözləri, dən düşmüş qara saçları var, alnı bir qədər keçəlləşmişdir. Sol qulağının arxasında xal var. Ləhcə ilə danışır.

Son dəfə onu görən zaman əynində qara gödəkcə, qara toxunma jilet, açıq rəngli köynək, boz şalvar, qara ayaqqabı olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb