Rusiyada bloqçulara qarşı yeni qanun

22:06 | 01.08.2014
Rusiyada bloqçulara qarşı yeni qanun

Rusiyada bloqçulara qarşı yeni qanun

Rusiyada avqustun 1-də bloqçularla bağlı qanun qüvvəyə minib. Gün ərzində 3 mindən çox oxucusu olan bloqçu KİV-in qeydiyyatını aparan Roskomnadzor-da qeydiyyatdan keçməlidir.

Qanun bu ilin mayında «antirerror paketi» çərçivəsində qəbul edilib.

Bu qanuna görə, bloqçular anonim qala bilməyəcəklər. Yeni qanun tələb edir ki, bloqçu yaydığı informasiyanın həqiqiliyini yoxlasın, təşviqat qaydalarına riayət etsin, vətəndaşların şəxsi həyatlarına dair, o cümlədən, ekstremist materiallar yaymasın, istifadiçələrin yaş məhdudiyyətini göstərsin.

Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatı yeni qanunu ifadə və söz azadlığına qarşı təzyiq kimi qiymətəndirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb