Rusiyada Hollivud filmləri boykot ediləcək?

21:24 | 22.09.2014
Rusiyada Hollivud filmləri boykot ediləcək?

Rusiyada Hollivud filmləri boykot ediləcək?

Qərb ölkələrinin Rusiyaya qoyduğu sanksiyalara cavab olaraq bəzi rus sənətçiləri Hollywood-u boykot etmək təklifləri səsləndirirlər.

Rejissor Yuriy Kara təklif edib ki, nə qədər ki sanksiyalar qüvvədədir, Rusiya kinoteatrlarında Amerika filmlərinin nümayişi dayandırılsın.

Onun fikrincə, bu, yerli kino sənayesinin inkişafına yol açar.

Dövlət Dumasının mədəniyyət komitəsinin rəhbəri Stanislav Govorukhin-sə düşünür ki, qadağan etmək yox, məhdudlaşdırmaq lazımdır.

Yəni Amerika filmlərinin bir hissəsinin əvəzində kinoteatrlarda yapon, Koreya, Avropa, İran filmlərinin sayı artırıla bilər.

Rusiyada kinoprokatla məşğul olanlarsa buna kəskin reaksiya veriblər. Onların fikrincə, belə təşəbbüslər reallaşsa, Rusiyada kino biznesi çökər.

Çünki kinoteatrlarda göstərilən filmlərin 60-70 faizi Hollywood istehsalıdır. 

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb