Rusiyadakı Azərbaycan icmasının sədri qəzada öldü

10:09 | 25.09.2014
Rusiyadakı Azərbaycan icmasının sədri qəzada öldü

Rusiyadakı Azərbaycan icmasının sədri qəzada öldü

 Ötən gün axşam saatlarında Xızı rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 31 yaşlı Ağdaş rayon sakini Nurəddin Baxışovun idarə etdiyi 90 DN 353 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Dünyasını dəyişən şəxslər sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı Rusiya vətəndaşı Hüseynov Hamil Şakir oğludur. Xəsarət alanlar isə sürücü Nurəddin Baxışov, sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Lətif Şahbazov və 21 yaşlı Rusiya vətəndaşı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır. Qəza zamanı dünyasını dəyişən H.Hüseynov Rusiya Federasiyasının Petrozavodsk şəhərində Azərbaycan icmasının sədridir. Hadisənin baş verməsinə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb