Rusiyadan İran və Azərbaycana MÜHÜM TƏKLİF

16:47 | 12.11.2015
Rusiyadan İran və Azərbaycana MÜHÜM TƏKLİF

Rusiyadan İran və Azərbaycana MÜHÜM TƏKLİF

Rusiya İran və Azərbaycan ilə enerji sistemlərinin birləşdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya-İran İqtisadi-ticarət daimi komissiyasının 12-ci iclasında bildirib.

O, komissiyanın Rusiya tərəfdən sədridir.

"Biz həmçinin Rusiya, İran və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi məsələsinin öyrənilməsinin davamında maraqlı olduğumuzu təsdiqləyirik və hesab edirik ki, üçtərəfli işçi qrupunun bərpa edilməsi məqsədəuyğundur” – Aleksandr Novak bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM