Rusiyadan Ukraynaya ballistik raket zərbəsi

18:04 | 25.08.2014
Rusiyadan Ukraynaya ballistik raket zərbəsi

Rusiyadan Ukraynaya ballistik raket zərbəsi

Rusiya Ukraynaya balistik raket ilə zərbə endirib. Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, raket zərbəsi Donetskin U-nöqtəsi deyilən əraziyə endirilib.

Hadisə Ukraynalılar 24 avqust müstəqillik gününü qeyd edən zaman baş verib. Atılan raket havada partladığından insan təlafatı qeydə alınmayıb. 2 nəfər sakin yaralanaraq xəstəxanaya yelrəşdirilib. Balistik raket Donetskin Kirov rayonunda yerləşən Suvorov küçəsində partlayıb.

Qeyd edək ki, Rusiya son zamalar Ukraynaya açıq formada müdaxilə etməkdədi. Bu gün 50-dən çox tank Rusiya sərhədlərini keçərək Ukrayna ərazisinə daxil olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb