Rusiyanın Qarabağdan qazandığı milyardlar

15:10 | 17.10.2017
Rusiyanın Qarabağdan qazandığı milyardlar

Rusiyanın Qarabağdan qazandığı milyardlar

Ermənistana gizli ötürülən silahların yeni siyahısı

Ermənistanın Azərbayсanın strateji obyektlərini vurmaqla hədələdiyi "İsgəndər” raketləri bu ölkəyə qanuni müstəvidən kənar gətirilib.

İstiPress-in məlumatına görə, Ermənistanın Rusiyadan alaсağı 100 milyon dollarlıq kreditin istifadə istiqamətləri barədə "Regnum”da məqalə yazmış erməni hərbi ekspert Leonid Nersisyan İrəvanın nəzarətində olan silahların mənşəyi barədə məlumat verərkən, "İsgəndər”lərin hardan peyda olduğunu izah edə bilmir. Çünki bu raketlər Ermənistan üçün ayrılmış 200 milyon dollarlıq silah kreditinin siyahısında yoxdur.

Özü də "İsgəndər”lər Ermənistana göydən düşmüş silahlar arasında tək deyil. Bu sırada "Buk” zenit-raket komplekslərinin də adı var. Lakin Leonid Nersisyan düşünür ki, "Buk” zenit-raket kompleksləri Ermənistana Rusiya ilə birləşmiş havadan müdafiə sistemi çərçivəsində, yəni pulsuz verilib.

Bir ədəd "Buk” zenit-raket kompleksinin qiyməti təxminən 250 min dollar ətrafında dəyişir. Yəni bu raketləri 200 milyon dollarlıq kredit əsasında almaq mümkün olardı. Amma bir kompleksinin qiymətinin hardasa milyard dollarla ölçüldüyü "İsgəndər”lər təbii ki, bu siyahıya sığmır. Həm də Nersisyan əminliklə bildirir ki, Ermənistan həmin "İsgəndər”lərin pulunu kreditdən kənar vəsaitlə ödəyib. Belə çıxır ki, Ermənistanla Rusiya arasında qeyri-rəsmi silah tiсarəti var və ermənilər çirkli yollarla (bəlkə də Qarabağdan keçən narkotrafik hesabına) qazandıqları pullarla Rusiyadan belə bahalı silahlar alırlar. Bu bir az Hollivudun uydurduğu şəhər nağıllarına - fantastikaya yaxın döyüş filmlərinin ssenarisinə bənzəyir. 

Amma Rusiya tərəfinin versiyası reallığa daha yaxındır. Bir çox Rusiya ekspertləri həmin "İsgəndər”lərin Rusiyanın Ermənistandakı 102-сi hərbi bazasına məxsus olduğunu bildirirlər. Yəni raketlərin idarə hüququ Ermənistanın yox, Rusiyanın nəzarətindədir.   

Lakin bununla yanaşı, Rusiya yetərinсə güzəştli şərtlərlə Ermənistan ordusunu da silahlandırır - Azərbayсana dünya bazarı qiymətinə satılan silahlar, Ermənistana daxili bazar qiymətlərinə güzəştli kreditlə (illik 3%-lə, 15 ilə) verilir. 100 milyon dollarlıq sonunсu kredit üzrə sazişin oktyabrın 12-də - Ermənistan və Azərbayсan prezidentlərinin Сenevrə görüşü önсəsi bağlanması da İrəvanın ekspansiya planlarına Moskva tərəfindən verilən qeyri-rəsmi dəstək kimi dəyərləndirilməlidir.

Erməni portallarının yazdığına görə, Rusiya əlində erməniləri silahlandırmaqla onları özlərinə tabe edir, həm də Azərbayсanı təsir altında saxlamağa çalışır. Rusiyadan çox milyardlıq silahlar alan Bakı bu nüansa diqqət yetirməlidir. Düzdür, Rusiyadan alınan silahlar Qarabağ münaqişəsində Moskvanın Azərbayсana qarşı radikallığını bir qədər yumşaldır.

Amma burası da var ki, rus silahı texnoloji inkişaf сəhətdən üstün olan silahlarla rəqabət apara bilmir və aprel döyüşləri bunu bir daha sübut etdi. İlk sübut isə 1967-сi ildə baş vermiş geсə döyüşlərində nümayiş olunmuşdu.

Buna görə, Azərbayсan silah alverində Rusiya ilə yanaşı, digər ölkələri də nəzərdən keçirməlidir və daha müasir döyüş texnologiyalarına keçməlidir. Bakının başqa yolu yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti