Rüstəm Qasımov
Bir müddət əvvəl Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq "Nəqliyyat, Tranzit və Logistika" sərgisi (TransCaspian 2016) sərgisi açılıb. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak edib.
Bu il sərgidə 75 şirkət iştirak edirdi. Bunun 40-ı xarici ölkələri təmsil edir, deyə açılışda nəqliyyat naziri Ziya Məmmədov bildirib.
İştirakçılar sırasında Fransanın Alstom şirkəti də var. O, şəhər ictimai nəqliyyatının bir neçə modelini təqdim edir. Bunlarına arasında Citadis tramvay vaqonları, Attactis tranvay sistemi, Metropolis metro vaqonları var. 2015-ci ildə Bakı metrosunda hər biri 5 vaqondan ibarət 3 Alstom qatarı istismara verilib.
Bu il sərgidə sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də hərəkət heyəti və dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri kimi sektorları üzrə yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunur.
TransCaspianla eyni meydançada 6-cı Xəzər beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" (Road & Traffic) və 3-cü Xəzər beynəlxalq "Kater və Yaxtalar" (CIBS 2016) sərgiləri keçirilir.
TransСaspian 2016 sərgisinin təşkilatçıları Iteca Caspian şirkəti və onun tərəfdaşı ITE Group-dur. 08D
Mənim fikrimcə sərginin gözəlliklərindən biri azərbaycanlı usta Rövşən Ənsarinin eksponat kolleksiyalarını nümayiş etdirməsi idi. Rövşən bəy son beş ildir ki, ciddi şəkildə gəmiqayırma ilə məşğul olur, o paravoz modelləri, təyyarələr və digə nəqliyyat növləri ərsəyə gətiri.
Ənsarənin modelləri tədbirin qonaqlarının çox xoşuna gəlmişdi, xüsusilə sərginin açıldığı ilk gün. ANN.Az portalı Rövşən bəylə söhbətləşməyə imkan tapdı. "Mən ilk dəfədir belə böyük sərgidə iştirak edirəm. Mənim işlərim Baku Ekspo Mərkəzinin hollunda sərgilənirdi, bu da qonaqlara modellərlə yaxından tanışlığa imkan verdi. Modellərimin böyük marağa səbəb olmasını görmək çox xoşdur. Açılış günündə xüsusi ajiotaj sezilirdi, tədbirə gələn hər ikinci qonaqdan biri mənim modellərimin qarşısında şəkil çəkdirirdi. Modellərimin qonaqlarda xoş əhval ruhiyyə yaratdığını görəndən sonra, mən təşkilatçıların bundan sonrakı layihələrdə də iştirak dəvətini məmnuniyyətlə qəbul elədim. Belə sərgilər insanın ilhamlandırmaya bilməz" - Ənsari dedi və dəvət üçün təşkilatçılara təşəkkürlərini çatdırdı.
ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Bakı Ekspo Mərkəzində sərgilənən Rövşən Ənsarinin modellərinin şəkillərini təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !