Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”

12:00 | 31.07.2014
Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”

Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”

"Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar”.APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda “Rustavi-2” telekanalının müxbirinin sualını cavablandırarkən deyib. Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. “Baxın Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin”, - deyə o vurğulayıb. Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb