Saakaşviliyə 6 il həbs cəzası verildi

18:11 | 28.06.2018
Saakaşviliyə 6 il həbs cəzası verildi

Saakaşviliyə 6 il həbs cəzası verildi

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində təqsirkar bilib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanal”ı məlumat yayıb. Televiziya məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.
Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb