Sabah 14 dərəcə isti olacaq

18:00 | 20.12.2014
Sabah 14 dərəcə isti olacaq

Sabah 14 dərəcə isti olacaq

Dekabrda mart havası müşahidə ediləcək

Sabah ölkədə arabir güclənən cənub, cənub-qərb küləyi əsəcək.

Ekologiya bə Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında temeperatur gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Bölgələrdə də dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. 

Temperatur aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM