Sabah bayrağımız endiriləcək

15:47 | 07.01.2015
Sabah bayrağımız endiriləcək

Sabah bayrağımız endiriləcək

Sabah  Dövlət Bayraq Meydanında bayrağımız endiriləcək.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azərinin Oxu.Az-a verdiyi məlumata görə, sabah Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.

Bayraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən endiriləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, sabah çovğun və qar olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM