Sabah Kiyevdə Ukrayna müxalifətinin böyük mitinqi keçiriləcək

14:22 | 23.11.2013
Sabah Kiyevdə Ukrayna müxalifətinin böyük mitinqi keçiriləcək

Sabah Kiyevdə Ukrayna müxalifətinin böyük mitinqi keçiriləcək

Ukrayna müxalifəti noyabrın 24-də paytaxt Kiyevin mərkəzində keçiriləcək böyük mitinqə hazırlaşır.

 APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Kiyevin Avropa Meydanında yerləşən “Ukrayna Evi”nin qarşısında müxalifət liderlərinin çıxış edəcəyi səhnənin qurulmasına başlanıb.

 

“Avropalı Ukrayna uğrunda!” devizi ilə təşkil olunan aksiya bazar günü yerli vaxtla saat 12:00-da Taras Şevçenkonun abidəsinin önündən Avropa Meydanına doğru yürüşlə başlayacaq. Mitinqin saat 13:00-da başlaması nəzərdə tutulub. Aksiyada aparıcı müxalifət təşkilatlarının rəhbərləri - “Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk, UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı - İslahatlar Uğrunda Ukrayna Demokratik Alyansı) Partiyasının lideri Vitali Kliçko, “Svoboda” (Azadlıq) Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok, eləcə də “Üçüncü Respublika” təşəbbüsünün lideri Yuri Lutsenko çıxış edəcəklər.       

 

Aksiyada sənətçilər Mariya Burmaka, Taras Çubay və “Kozak system” qrupu konsert verəcək.

Xatırladaq ki, Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması prosesini dayandırmaq barədə qərar qəbul edib. Ukrayna müxalifəti bunu xəyanət kimi qiymətləndirib. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM