“Sabah” tarixində ilkə imza atıb

19:30 | 13.02.2023
“Sabah” tarixində ilkə imza atıb

“Sabah” tarixində ilkə imza atıb

"Sabah” klubu tarixində ilkə imza atıb. bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, paytaxt klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurmaqla öz rekordunu yeniləyib.

Yubiley topu XXII turun "Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bununla "Sabah” tarixində ilk dəfə bir mövsümdə "100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır.

1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. "Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.

"Azersun Arena”dakı heç-heçə "Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb