Sabaha gözlənilən hava proqnozu

13:42 | 25.09.2014
Sabaha gözlənilən hava proqnozu

Sabaha gözlənilən hava proqnozu

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu, gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, böyük və kiçik Qafqazın, eləcə də cənub bölgəsində şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.ANN.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb