Sabaha olan hava proqnozu açıqlandı

13:24 | 21.10.2015
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Bakı və Abşeron yarımadasında 17 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verib.

Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM