Sabiq Baş Nazir 101 yaşında vəfat etdi

12:24 | 29.11.2019
Sabiq Baş Nazir 101 yaşında vəfat etdi

Sabiq Baş Nazir 101 yaşında vəfat etdi

Yaponiyanın sabiq Baş Naziri Yasuhiro Nakasone 101 yaşında vəfat edib.

"Yeni Sabah” xarici mətbuata istinjadən xəbər verir ki, o, səhər saat 7 radələrində Tokiodakı xəstəxanalardan birində dünyasını dəyişib.
Nakasone dünyanın ən uzunömürlü keçmiş liderlərindən biri, eyni zamanda Yaponiya tarixində ən çox yaşayan ikinci hökumət başçısı olub.
O, 1947-ci ildə Nümayəndələr Palatasına seçildikdən sonra 20 dəfə Liberal Demokratik Partiyası (LDP) üzvü olaraq bu palatada təmsil olunub.

Nakasone 1982-86-cı illərdə Baş Nazir kimi fəaliyyət göstərib. O, 1997-ci ildə Yaponiyanın ən yüksək mükafatı sayılan Ali Xrizantema ordeni ilə təltif olunub, 2003-cü ildə isə siyasəti tərk edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb