"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilib. Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası dekabrın 18-ə təyin edilib.
Qeyd edək ki, Alışov Rafiq Şıxməmməd oğlu Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !