Son 5 ilə qədər ölkədə nazir postundan gedənlər mətbuat səhifələrində "ədəb-ərkanla” yola salınırdı. Həmçinin vəzifədən uzaqlaşdırılan nazirlərin digər sahələrdə rəhbər təyin olunması əks olunurdu.
Sabiq məmurlar olan sabiq maliyyə naziri Əvəz Ələkbərov və sabiq təhsil naziri Misir Mərdanov, eks rabitə naziri Əli Abbasov nazir postundan uzaqlaşdırılsalar da, təhsil sahəsində müəyyən vəzifə tutublar.
Digər bir məqam isə son illərdə nazir postundan gedənləri səfir postunda görə bilməməyimizlə bağlıdır. Halbuki, bir vaxta qədər nazir kreslosundan geri alınanlar qısa zaman kəsiyində hansısa ölkəyə səfir göndərilirdi. Məsələn, bir neçəsinin adını çəkmək olar. Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, sabiq xarici işlər naziri Vilayət Quliyevə səfir postu həvalə olunub. Sonuncu hazırda Macarıstanda səfir kimi çalışır.
Bütün bunları nəzərə alaraq ortaya belə suallar çıxır. Vəzifədən gedənlər niyə zamanında tənqid oluna bilmir?
10 ya da 15 il bir postda qərarlaşan şəxslər vəzifəni itirəndən sonra yenidən "ştata” alınmalıdırmı?
"Vəzifədə olanda hamı susur”
Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında deyib ki, bu məsələlərdə bəzi məqamlar var.
"Uzun müddət bir məmurun eyni işdə çalışması və yüksək idarəçilik qabiliyyətinin olması heç də bütün hallarda yüksək keyfiyyət demək deyil. Bir qayda olaraq məmur nə qədər ki vəzifədədir, heç kəs cəsarət edib hansısa sahədə yol verdiyi nöqsanlar barədə fikir bildirmək istəmir. Əksi baş verəndə isə həmin şəxslər məmur tərəfindən ya cəzalandırılır, ya da müxtəlif formada şirnikləndirici vasitələrlə ələ alınır. Bəzi hallarda isə bəzi məmurlar bilərəkdən və qərəzli olaraq məlumatlar yaymaqda maraqlıdırlar.
Qüsursuz məmur varmı?!
Hüquqşünas deyir ki, ancaq qüsurlardan danışmaq da doğru deyil.
"Əgər bu şəxs uzun müddət çalışıbsa, deməli onun bir faydası mütləq olub. Məmur işdən çıxarılandan sonra onun prinsipial mövqeyinə görə da əks mövqe olur. Heç də məmur işdən çıxandan sonra onun fəaliyyəti ancaq qüsurlarla bağlı müzakirəyə çıxarılmamalıdır. Sadəcə cəmiyyətdə belə fikir formalaşıb ki, bir məmur uzunmüddətli vəzifədə qalmalıdır. Əks halda, vəzifədən uzaqlaşdırılarkən dərhal işində qüsurların olduğu aşkarlanmalıdır. Demirəm ki, işində qüsur olmayan məmur ola bilməz. Bu da ola bilər. Heç də bütün hallarda bu cür qiymətləndirmə doğru deyil.
Əgər məmur vəzifədən gedibsə, deməli....
Ə. Nuriyevin sözlərinə görə, işdən çıxarılan məmur barəsində ancaq neqativə köklənilir.
Müxtəlif sahələrdə dəyişmələr gedir. Bu dəyişmələrə hazır olmaq lazımdır. Bu dəyişmələrlə bağlı dövlət institutlarının, məmurların yanında hansısa müşavirələr keçirilməli, köməkçilik sisteminə diqqət yetirilməlidir. Bir çox hallarda hər birimiz hansısa sahədən çox böyük təcrübə ilə ayrılırıq. Eyni zamanda, dövlətə də daha çox fayda vermək olar”.
Gənc nazirlər, yoxsa, itirilən varislik?!
Bütün nazirliklərin gəncləşməsinə gəlincə, hüquqşünas heç də bunu doğru hesab etmədiyini bildirib.
Səfir ola bilməyən Ziya Məmmədov, Əli Abbasov....
"Vəzifədən gedənləri səfir kimi niyə görə bilmirik” sualına Əlməmməd Nuriyev belə cavab verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !