Sabiq rəisin həbs müddəti uzadıldı

17:32 | 09.12.2015
Sabiq rəisin həbs müddəti uzadıldı

Sabiq rəisin həbs müddəti uzadıldı

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
 
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinin həbs müddəti 3 ay artırılıb.
 
Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM