Şahdağ yolunda avtomobil çevrildi

13:21 | 27.02.2017
Şahdağ yolunda avtomobil çevrildi

Şahdağ yolunda avtomobil çevrildi

Bakı-Qusar-Şahdağ yolunda avtomobil qəzası baş verib. 

ANN.Az xəbər verir ki, qəzanın fotosunu jurnalist Cavid Osmanov öz "Instagram” səhifəsində paylaşıb. 

Jurnalistin sözlərinə görə, dünən gecədən Qusar rayonunda yerləşən Şahdağ istirahət kompleksinə aparan yolda buzlama müşahidə olunub. Yollar lazımi qaydada təmizlənmədiyindən və reogetlər səpilmədiyindən yollar daha da təhlükəli hala düşüb.

Nəticədə, bu gün saat səhər saat 10 radələrində, istirahət kompleksindən Bakıya yollanan yerli turizm şirkətinə məxsus avtubusun sərnişinləri şəkildə göstərilən mənzərənin şahidi olublar.

Cavid Osmanov qeyd edib ki, qəzaya uğramış avtomobilin sərnişinləri haqqında onda heç bir məlumat yoxdu.

Məlumat üçün qeyd edək ki, hal-hazırda Bakı-Qusar-Şahdağ yolu tamamilə buzdan təmizlənib

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM