Şahin Diniyev: "Həyasızlığıma salıb, qala bilməzdim"

17:07 | 09.01.2014
Şahin Diniyev: "Həyasızlığıma salıb, qala bilməzdim"

Şahin Diniyev: "Həyasızlığıma salıb, qala bilməzdim"

“Elə məşqçi var ki, onlar üçün nəticələrin heç bir əhəmiyyəti yoxdur. Müqavilələri əllərində gözləyirlər. Bu dediyim əcnəbi mütəxəssislərə aiddir. Özünüz də gördünüz ki, “Xəzər Lənkəran”ın, “Bakı”nın məşqçiləri klubdan necə ayrıldılar”. Bu sözləri apasport.az saytına “Rəvan”ın sabiq baş məşqçisi Şahin Diniyev deyib.47 yaşlı mütəxəssis “Rəvan”da böyük uğurlar qazanacağına əmin olmadığını bildirərək, yanvarın 4-də postunu tərk etdi. Vaxtilə milli komandamızı çalışdıran Diniyev istefasının səbəbləri barədə danışmaq istəməsə də, klublarımızın yerli məşqçilərə qarşı düzgün davranmadıqları söyləyib: “Ancaq biz bu ölkədə yaşayırıq, özümüzə hörmət qoyuruq. “Rəvan”da nəticə qazana bilmirəmsə, həyasızlığıma salıb, qala bilməzdim. Təəssüf ki, klublarımızda azərbaycanlı məşqçilərə inam sıfır dərəcəsindədir. Nə edək, bizim də taleyimizə bu yazılıb. Xarici nə istəsə, burda edə bilir. Bu isə bizi uçuruma aparır. Özümüz özümüzə qənim kəsilmişik”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti