Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü - Xəsarət alanlar var

21:00 | 30.09.2020
Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü - Xəsarət alanlar var

Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü - Xəsarət alanlar var

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az apa-ya istinadən xəbər verir ki, hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb. Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi "Fiat" markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış sürüsünə çırpılıb.

Nəticədə sürücü və avtomobildəki tibb işçiləri - Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb