Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

11:39 | 29.04.2016
Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Ermənistan prezidenti iclas keçirib.

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün üç şərt irəli sürüb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri, hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bəyan edib.

O, bildirib ki, Sarkisyanın rəhbərliyi altında ERP-nin icraedici orqanının iclası başa çatıb.

"Toplantıda xarici siyasətlə bağlı məsələlər müzakirə olunub. Prezident Sarkisyan son görüşlərinin və telefon danışıqlarının təfarrüatlarını təqdim edib, həmçinin Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyət  barədə danışıb”, - Şarmazanov deyib.

Onun sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb: "insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatlar və Azərbaycanın "DQR”ə qarşı aqressiyaya əl atmayacağı zəmanəti”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb