"Sarqsyan bizə Rusiyadakı görüşdə vəd vermişdi ki, işğalda olan əraziləri bizə qaytaracaq. O, bunun üçün iki həftə istəmişdi. Sonra vəziyyətin pisləşməsini əsas gətirərək məsələni uzatdı".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Bizim gələcəklə bağlı dəqiq mövqeyimiz var. Bu gün biz istənilən inteqrasiya hadisəsinə hazırıq. Müharibədən qabaq nəzarət edilən ərazilərdə təxminən 60 min adam yaşayırdı. Biz bu rəqəmləri havadan götürməmişdik. Peyk nəzarəti ilə əldə etdiyimiz rəqəmlər idi. Biz müharibədən əvvəl də bilirdik ki, orada nələr baş verir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !