Savçenko rəsmən vətən xaini elan edildi

22:22 | 16.03.2018
Savçenko rəsmən vətən xaini elan edildi

Savçenko rəsmən vətən xaini elan edildi

Ukrayna Radasının deputatı Nadejda Savçenkonun adı "Mirotvorets” saytının bazasına yerləşdirilib.

Axar.az xəbər verir ki, saytın bazasında Savçenkonun satqın olduğu bildirilib.

"Vətən xaini. Terrorçuların himayədarı. Aqressor ölkənin sifarişi və rusiyayönlü terror təşkilatlarının sifarişi ilə Ukrayna ərazisində teraktların hazırlanması. Dövlət çevrilişinə hazırlıq”, – saytın məlumatında qeyd edilib.

Qeyd edək ki, Savçenko Radanın Müdafiə Komitəsindən çıxarılıb. Ukrayna Baş Prokurorluğu onu Radada terakt cəhdində ittiham edib və deputat toxunulmazlığının ləğv edilməsini tələb edib.

"Mirotvorets” saytında əsasən Ukraynaya qarşı teraktlar həyata keçirən, işğal edilmiş Ukrayna ərazilərinə səfər edən şəxslərin adları yerləşdirilir.

Savçenko pilot olub, Donbasda separatçılara əsir düşüb və Rusiyada saxlanılıb. Onun azad edilməsi üçün uzun müddət danışıqlar aparılıb və nəhayət, azad edilən zaman Prezident Poroşenko Savçenkonun ardınca öz şəxsi təyyarəsini göndərib.

Ölkəsinə gətiriləndən sonra isə Poroşenko ona Milli Qəhrəman adı verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb