Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin işdən çıxarılması onun işində yol verdiyi nöqsanlar deyil şəxsi həyatı ilə bağlı olub. Bu barədə Anews.az-a Rəhman Şahhüseynli özü məlumat verib.
"Səfirlikdəki işimi itirməyimə səbəb ailəvi məsələlədir", - Şahhüseynli deyib.
Bir neçə gün öncə Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovun səfirliyin ikinci katibi Qafqaz Aslansoyla birlikdə səfirliyin birinci katibi Rəhman Şahhüseynlini döyməsi ilə bağlı xəbərlər yayılıb.
XİN sözçüsü Ayxan Hacızadə Anews.az-a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib. Şahhüseynlinin işdən kənarlaşdırılmasının isə işində yol verdiyi nöqsanlarla bağlı olduğu bildirilib.
Şahhüseynlinin sözlərinə görə, səfir Arif Məmmədovla sabiq birinci katib arasında fiziki zəmində hər hansı münaqişə olmayıb.
"Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmayıb. Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində çalışmışıq. Məmmədovla bir-birimizi illərdir tanıyırıq", - Şahhüseynli deyib.
Sabiq birinci katib həmçinin hazırda Azərbaycanda yaşadığını və elmi fəaliyyətlə məşğul olduğunu bildirib.
Şahhüseynli həmçinin 2024-cü ilin sentyabrında səfirlikdən geri çağırıldığını və diplomatik xidmətdə fəaliyyətinə xitam verildiyini qeyd edib.
Firayə Nurizadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !