Şəhid əsgərin medalı ailəsinə təqdim edildi - FOTOLAR

14:30 | 09.11.2014
Şəhid əsgərin medalı ailəsinə təqdim edildi - FOTOLAR

Şəhid əsgərin medalı ailəsinə təqdim edildi - FOTOLAR

Nazirliyin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani bu ilin aprel ayında cəbhə xəttinin Füzuli rayonu istiqamətində şəhid olan əsgər Seyfəddin Kərimovun atasına “Hərbi xidmətdə fərqlənməyə görə” medalını və onun vəsiqəsini təqdim edib.
Şəhid əsgər bu medala ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görülüb. Əsgərin ailəsi ilə görüşə onun qulluq etdiyi hərbi hissənin və Beyləqan hərbi birləşməsinin şəxsi heyətinin yüksək rütbəli zabitləri də gəlib. Şəhidin ailə üzvləri övladlarının Vətən uğrunda qəhrəmancasına həlak olması ilə qürur duyduqlarını deyiblər.
Daha sonra hərbi qulluqçular şəhidin ailə üzvləri ilə birlikdə Seyfəddin Kərimovun Gəncədəki Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti