İkinci Qarabağ Müharibəsində şəhid olan 17 nəfərin dəfn məsələsi fevralın 3-dək həll ediləcək. Bu barədə bu gün Yasamal Rayon İcra Hakimiyyətindən şəhidlərin etirazçı qohumlarına bildiriblər.
"Biz Yasamal Rayon İcra Hakimiyyətində qəbulda olduq, övladlarımızın ya İkinci Şəhidlər Xiyabanında, ya da Yasamal rayonundakı parkda yenidən dəfn edilməsi barədə tələbimizi təqdim etdik. Bizə dedilər ki, bir həftə ərzində cavab verəcəklər", - etirazçılardan biri bildirib.
Valideynlər bildiriblər ki, əgər bir həftə ərzində məsələ həll olunmasa, onlar öz övladlarını özləri başqa yerlərdə dəfn edəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !