Şəhid zabitimizin əkiz övladı oldu

10:04 | 30.06.2017
Şəhid zabitimizin əkiz övladı oldu

Şəhid zabitimizin əkiz övladı oldu

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib.

Anews.az xəbər verir ki, Şahlar Nəzərovun qohumlarının modern.az-a verdiyi məlumata görə, hər iki uşaq sağlamdır.

Bir müddət öncə şəhid baş leytenantın atası Yaşar Nəzərov bildirmişdi ki, nəvələrindən birinə Şahların, digərinə öz adını verəcək.

Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb